Türkiyəyə uçuşlar təxirə salındı - 100-dən çox insan Bakı aeroportunda qalıb

Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanında baş vermiş partlayışla əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanından qardaş ölkəyə uçuş səhər saatlarınadək təxirə salınıb. Avtosfer.az-ın Report-a istinadən məlumatına görə, 100-dən çox insan İstanbula və oradan başqa ölkələrə uça bilməyib. Onların arasında idmançılar çoxluq təşkil edir. Xüsusən, "Kəpəz"lə Avropa Liqası matçından qayıdan Moldovanın "Daçiya" komandası, Avrokubok oyunlarına təyinat alan azərbaycanlı hakimlər, Bakıdakı atıcılıq üzrə Dünya Kubokundan qayıdan Fransa yığmasının üzvləri və Malta "Baltsan"ı ilə Avroliqanın I təsnifat mərhələsinin ilk oyununa yollanan "Neftçi" klubunun nümayəndələri və jurnalistləri qeyd etmək olar.
Atatürk Hava Limanındakı hadisə zamanı idman ictimaiyyətinin nümayəndələri də orada olub. Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, "Qəbələ" Futbol Akademiyasının rəhbəri Halim Fıçıcı, "CBC Sport"un rəhbəri Volkan Üst, "Bakı"nın sabiq vitse-prezidenti Tunc Afşar və digərləri özlərini təhlükəsizlik şəraitində hiss etdiklərini bildiriblər.
Qeyd edək ki, Bakı - İstanbul reysi ilə uçuş 02:30-a nəzərdə tutulmuşdu.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












