“Uber” avtomobili öncədən sifarişetmə xidmətini istifadəyə verib – Bakıda

Bu gündən etibarən “Uber” Bakıda şəhər daxili səfərlər üçün avtomobili öncədən sifarişetmə imkanını yaradan xüsusi funksiyanı tətbiqində istifadəyə verib. Sözügedən funksiyanın MDB ölkələri arasında ilk dəfə Azərbaycanda tətbiq olunması olduqca diqqətə layiqdir. Bu funksiya bütün “uberX” istifadəçiləri üçün keçərlidir.
Avtosfer.az xəbər verir ki, artıq “Uber” tətbiqi vasitəsi ilə istənilən məkana gedişi 15 dəqiqədən – 30 günədək öncə sifariş etmək mümkündür. Avtomobili öncədən sifarişetmə imkanı istifadəçilər üçün tam ödənişsizdir.
Gedişi əvvəlcədən sifariş etmək üçün tətbiqə daxil olaraq “uberX”i seçmək, avtomobil sifariş olunan və yekun ünvanları qeyd etmək, “gedişi sifariş etmək” düyməsini basmaq, gediş tarixini və zamanını qeyd etmək və sifarişi təsdiqləmək lazımdır.
Sistem sifariş barədə xatırlatmanı və istifadə olunduğu halda dinamik əmsallar haqda məlumatı gediş zamanına 24 saat və 30 dəqiqə qalmış göndərəcək.
“Uber”in MDB regionu üzrə meneceri Aleksey Stax bildirib: "Uber Azərbaycanda 2015-ci ilin aprel ayından geniş istifadəçi kütləsi üçün açıqdır. Bu müddət ərzində şəhərin müxtəlif hissələrində geniş istifadəçi və sürücü-partnyor kütləsini yaratmağa bacardıq. Bakıda “Uber” xidməti etibarlıdır: hazırda şəhər daxilində avtomobilin lazımi ünvana çatdırılması orta hesabla 4,5 dəqiqə təşkil edir. Buna baxmayaraq, gedişi öncədən planlaşdırmaq imkanı istifadəçilərdən aldığımız ən yayılmış rəylərdən biridir. Bu gündən etibarən qeyd olunan xidmət tətbiqdə yer alacaq. Hesab edirik ki, gedişi öncədən sifariş etmək imkanı xidmətin rahatlığını artıracaq və istifadəçilərin ehtiyaclarına bir qədər də uyğunlaşdırılacaq".
“Uber”i adi gedişlərin sifarişində olduğu kimi öncədən sifarişli gedişlərdən imtina etmək tam pulsuzdur. Avtomobil sifarişə çıxdıqdan 5 dəqiqə sonra imtina prosesi ödənişli olacaq.
Gedişi öncədən sifariş etmək imkanı müəyyən sürücünün seçimini nəzərdə tutmur. Gedişdən bir neçə dəqiqə əvvəl platforma istifadəçiyə ən yaxın məsafədə olan sürücünü aşkar edir və sifariş edilən ünvana göndərir.
Sözügedən xidmətdən yararlanmaq üçün tətbiqin yenilənməsi tələb oluna bilər.
“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarışı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 60 ölkəsinin 360 şəhərində xidmətlərini göstərir. MDB ərazisində “Uber” Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk, Rostov, Soçi, Krasnodar, Nijni Novqorod və Ufa), Belarus (Minsk) və Azərbaycanda (Bakı) fəaliyyət göstərir. Şirkət və onun təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumatı https://www.uber.com veb-səhifəsindən əldə etmək mümkündür.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO










