"Uber" Azərbaycan hökuməti ilə dialoq aparmaq istəyir

"Uber" Azərbaycanda sürətli artım nümayiş etdirir. İnanırıq ki, bu tərəfdaşlıq regionda biznesin gələcək sabit inkişafının təmin olunmasına yardım edəcək. Bu da istifadəçilər, sürücülər və meqapolisin maraqlarına uyğundur. Biz şəhərin infrastrukturunun səmərəli inkişafına gələcəkdə də kömək etmək üçün Azərbaycan hökuməti ilə konstruktiv dialoq aparmağın tərəfdarıyıq". Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a "Uber"dən şirkətin rəhbərliyinə erməni əsilli şəxsin gətirilməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyiblər.
Qeyd edək ki, "Yandeks" və "Uber"in taksi xidmətlərinin birləşdiriləcəyi və fəaliyyəti Azərbaycan da daxil olmaqla bir neçə MDB ölkəsini əhatə edəcək yeni qurumun rəhbərliyinə erməni əsilli Tiqran Xudaverdiyanın gətiriləcəyi bildirilir. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə "Report"a bildirib ki, Azərbaycanın bütün vətəndaşları və təşkilatları üçün ən vacib olan ölkənin siyasi maraqlarıdır: "Bu səbəbdən iki taksi şirkətinin birləşdirilməsindən sonra, yeni yaranacaq şirkətə Ermənistan vətəndaşı və yaxud erməni əsilli şəxs rəhbərlik edəcəksə, sürücülərə bu şirkətlərlə işləmək icazəsi verən xüsusi nişanların verilməsi dayandırılacaq və onlara çağırış ediləcək ki, həmin qurumla əlaqələri kəssinlər".
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO










