"Uber" “General Motors”u da keçdi

Türkiyədə son dövrlər fəaliyyətləri müzakirə olunan avtomobil paylaşım platforması olan Uber-in bazar dəyəri 62,5 milyard dollara yüksəlib. Beləcə bir avtomobili və ya fabriki olmayan Uber-in dəyəri tarixləri 100 ili ötüb keçən “Volkswagen”ə yaxınlaşarkən, “General Motors”u da (GM) geridə qoyub. Avtosfer.az “a24.az”a istinadən xəbər verir ki, internet və “ağıllı telefon”lardan aldığı güclə sürətlə böyüyən paylaşım iqtisadiyyatı bir çox sektorlara meydan oxumağa davam edir. Paylaşım iqtisadiyyatı sahəsində yer alan şirkətlər mövcud olduqları sektordakı şirkətlərə yaxınlaşmağa və hətta onları keçməyə başlayıb. Bunun sonuncu nümanələrindən biri də alman avtomobil nəhəngi “Volkswagen” ilə avtomobil paylaşım platforması olan Uber arasında gerçəkləşir. Müstəqil araşdırma şirkəti “Morningstar” tərəfindən hazırlanan siyahıya görə, xalqa xidmət edən Uber son aldığı sərmayələrlə bazar dəyərini 62,5 milyard dollara qədər yüksəldib. Bu da Uberin 53,1 milyard dollar dəyərə sahib olan “General Motors”u keçməsini və “Volkswagen”in dəyərinə yaxınlaşmasını təmin edib.
Siyahıya görə, “Volkswagen”in bazardakı dəyəri 68,9 milyard dollardır. Başqa sözlə, heç bir avtomobil və fabrikə sahib olmadan sadəcə xidmət təqdim edən Uber-in ildə milyonlarla avtomobil satan “Volkswagen”i geridə qoyması diqqət çəkir.
Hazırda 450 şəhərdə istifadə edilə bilən Uber-dən gündə 1 milyon dəfə istifadə edilir. Siyahının yuxarı sıralarında isə 79,3 milyard dollarla “Daim”lər, ikinci yerdə, 195,6 milyard dollar dəyəri ilə “Toyota” birinci yerdə qərarlaşır.

Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












