Üç avtomobil oğurlamaqda şübhəli bilinən şəxslər tutuldu - Qubada

Quba rayon sakininin avtomobili oğurlanıb. Avtosfer.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, rauon sakini Murad Mürsəliyevə məxsus "VAZ-2106" markalı avtomobil naməlumşəxslər tərəfindən qaçırılıb. Avtomobil həmin gün Qam-Qam kəndi ərazisində tapılıb.
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunan Bilal Nuradov tutulub. B.Nuradovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun yanvarın 1-də həmyerlisi Toğrul İbrahimovla birgə rayon ərazisində daha 2 avtomobili qaçırması da müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə T.İbrahimov da tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












