Üç ay ərzində qaz limitini keçən abonentlərin sayı AÇIQLANDI – RƏSMİ

Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir. Yəni qazdan istifadəyə görə limit tətbiq edilir, qoyulan həddi aşdıqda qazdan istifadəyə görə ödənişin miqdarı dəyişir. Tarif Şurasının qərarına əsasən, bu ilin yanvarından etibarən əhali qrupu üçün təbii qazın illik istehlak həcmi 1200 kubmetrədək olan hissəsi üçün bir kubmetrə görə 12,5 qəpik, 1200-2500 kubmetrə görə 22 qəpik, 2500 kubmetrdən çox olduqda isə hər kubmetrə görə 30 qəpik ödənilirş. Qərarı şərh edən iqtisadçılar qısa müddət ərzində həmin limiti aşmağın mümkün olduğunu bildiriblər. Qış aylarında mənzillərini təbii qazla isidənlər aşağı qaz limitini keçdikləri üçün istifadə etdikləri təbii qazın pulunu digər tariflərlə, yəni hər kubmetrə görə 12,5 yox, 22 və ya 30 qəpik ödəyirlər. Bildiyimiz kimi, aprel ayında hava əsasən qeyri-sabit keçib. Hətta aprelin 15-də ölkənin bir neçə şəhərində istilik mövsümü bitməli olduğu halda “Azəristiliktəchizat” ASC bu müddəti hava şəraiti ilə əlaqədar bir neçə gün uzatdı.
Bütün bunlar abonentlərin qaz istehlakına necə təsir edib? Bu ilin ilk 3 ayı ərzində nə qədər abonent aşağı qaz istifadəsi limitini keçib?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı "Bizim.Media"ya bildirilib ki, 3 ay ərzində abonentlərin 78 faizdən çoxu qaz limitini keçməyib:
“2025-ci ilin yanvar-mart ayları ərzində əhali sektoru üzrə 2 milyon 50 min 624 abonent, yəni abonentlərin 78,1 faizi qazdan limit daxilində istifadə edib”.
Bu isə o deməkdir ki, abonentlərin 21,9 faizi aşağı qaz limitini aşıb.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












