Üç gündür buzlu qalan yollar: “Eləsi var ki, deyir, gəl, həyətimi də təmizlə” - AÇIQLAMA - FOTO - VİDEO

Bakıda qar, adətən, dayanıqlı olmasa da, fəsadları günlərlə sürür. Məsələn, bir çox küçə və prospektlər hələ də yanvarın 13-də yağan qardan təmizlənməyib. Üstəlik, əriyən qar bəzi ərazilərdə buzlayıb, səhər saatlarında nəqliyyatın və insanların hərəkətində çətinliklər yaradıb.
Vətəndaşların müvafiq şikayətlərinin sırasına bir çox yolların texnika ilə yox, insan əli ilə təmizləndiyi də əlavə olunub.
Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı paytaxtın ən çox şikayət olunan rayonlarının icra orqanları ilə əlaqə yaratmağa çalışıb.
Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Vəli Əliyev açıqlamasında bütün magistral küçələrin qardan təmizləndiyini qeyd edib:
“Bütün magistral küçələr təmizlənib. Deməzsən ki, qar yağıb. Kiminsə küçəsində qalıbsa, o, bələdiyyəlikdir. Arxayın olun. Binəqədi rayonu ərazisində bütün yollar təmizlənib. Azadlıq prospektindən başlayaraq, Binəqədi kəndinə qədər hər yer təmizlənib. 6, 7, 9-cu mikrorayonlar da həmçinin. Hazırda səkidən kənarda qalan qarın təmizlənməsi prosesi gedir. Səhər duz tökdük. Problem yoxdur. Rəsulzadə qəsəbəsindəki yollar da hamısı təmizlənib.
Azadlıq prospekti, İbrahim Paşa Dadaşov küçəsi, Şövkət Məmmədova küçəsi , 7-8-ci mikrorayonlar, Cəfər Xəndan, Cavadxan, Mir Cəlal, Zahid Qəmbərov, Əli Məmmədov - bütün bu küçələrə qar yağanda duz səpilib. Dünən və bu gün təmizlənib. Piyadalar və sürücülər rahat şəkildə hərəkət edə bilərlər”.
V.Əliyev qeyd edib ki, şəxsi mülklərin sahibləri ətrafdakı əraziləri özləri təmizləməlidirlər:
“Ticarət obyektləri də özləri etməlidirlər. Eləsi var ki, deyir, “gəl, həyətimi də təmizlə. Parklar, küçələr təmizlənib”.
Yasamal Rayon İcra Hakimiyyətindən bildiriblər ki, jurnalistlərə açıqlama vermirlər. Sonra isə sualı günortadan sonra cavablandıracaqlarını əlavə ediblər.
Temperatur 5° enəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Azərbaycanda hərbi toplanış buna görədir
Bakıda işıqforun üç işığı birdən yandı: Sürücülər ... - AÇIQLAMA - VİDEO
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - 300-800 metrədək
Bu gün Sumqayıtda 14 min abonentin qazı kəsiləcək
Sahibkarlar niyə sığortadan qaçır? - Külə dönən milyonlar
Dövlət parklanma yaratmağa borclu deyil - Şəhəri iflic edən nədir? - VİDEO
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək










