Üç min miqrant boğulmaqdan son anda xilas edildi - VİDEO

Siciliya boğazında Avropaya keçmək istəyən 3 mindən çox miqrant xilas edilib. Bu barədə İtaliya Sahil Mühafizə Xidməti məlumat verib. Qeyd olunur ki, ümumilikdə gün ərzində 22 əməliyyat həyata keçirilib. Avropa İttifaqının missiyası da əməliyyata dəstək verib. Xilas edilən mühacirlərlər Siciliya adasındakı müvəqqəti sığınacaqlara yerləşdirilib. Onların əksəriyyəti Liviya, Somali və Sudan vətəndaşları olub.
Aralarında xeyli sayda qadın və uşaqların da olduğu qrupun tezliklə ölkənin müxtəlif şəhərlərində hazırlanmış düşərgələrə yola salınacağı bildirilib. Bir qrupu isə ölkəsinə geri qaytarılacaq.
İtaliya daxili işlər nazirliyinin məlumatına görə, ötən il Aralıq dənizi vasitəsilə ölkəyə 181 mindən çox miqrant gəlib. Beynəlxalq Miqrasiya təşkilatının hesablamalarına əsasən, bu ilin yanvar və fevral aylarında İtaliyadan Avropaya 11 minə yaxın miqrant keçib.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












