Üç nəfərin yandığı maşında ölənlərdən 2-si qardaşdır - FOTOLAR

Bir qədər əvvəl xəbər verdiyimiz kimi Zığ yolunda 3 nəfərin yanaraq ölümü ilə nəticələnən dəhşətli qəzanın şok təfərrüatları ortaya çıxmaqda davam edir. “Qafqazinfo” bir qədər əvvəl qəzaya düşən avtomobillərdən birinin diqqətçəkən dövlət nömrə nişanı 10 AX 002 ilə bağlı apardığı kiçik araşdırmanı təqdim etmişdi. Məlum olmuşdu ki, həmin nömrə daha əvvəl bahalı “Mercedes” avtomobilinin üzərində olub. Həmin avtomobilin görüntülərini də təqdim etmişdik. Sonradan bu nömrənin “VAZ-2104” (ilkin məlumatda “VAZ-2107” kimi təqdim olunub – red.) markalı avtomobildə olması sual yaradırdı. Davam edən araşdırmalarımız nəticəsində əldə etdiyimiz məlumata görə, hadisə zamanı yanan 10 AX 002 nömrəli “VAZ-2104” markalı avtomobil məşhur iş adamı, “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın adını daşıyan “Kəbir Məmmədova Klinikası”na məxsus olub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ilkin araşdırmalarla “VAZ-2104”ün sürücsü Gülağa Quliyev adlı şəxsdir. Yanaraq ölən digər şəxslərin isə iki qardaş olduğu bildirilir. Lakin onların üzərində heç bir sənəd tapılmayıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
APA-nın əldə etdiyi məlumata görə, Zığ şossesində “KİA” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2107”-də yanaraq ölən şəxslərin avtomobilin sürücüsü - 1973-cü il təvəllüdlü Quliyev Gülağa Məhərrəm oğlu, həmin avtomobildə olan sərnişinlər – 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğlu və onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu olduqları müəyyən edilib.



İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












