Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolu yenidən qurulur – FOTO+VİDEO

Azərbaycanda Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolu yenidən qurulur. Avtosfer.az xəbər verir ki, “Azəravtoyol” ASC Ucar rayonunda kəndlərarası avtomobil yolunun tikintisinə başlayıb. Yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 7,5 km, mövcud eni isə 6-7 metr arası dəyişir. Tikinti işləri zamanı yolun eni 10 metrə qədər, 3-4 metr enində genişləndirilir. Hazırda yol yatağının yararsız qruntunun qazılaraq çıxarılması, əvəzinə isə yeni yol yatağının və yol əsasının tikintisi işləri aparılır. Üç yaşayış məntəqəsini birləşdirəcək yol 2 hərəkət zolağından ibarət olacaq, yəni hərəkət hissəsinin eni 6 metr təşkil edəcək. Layihə üzrə yol çiyinlərinin eni isə 2 metr olacaq. Torpaq işləri bitdikdən sonra ikiqat olmaqla yolun 45 min kv.m ərazisinin asfaltlanması nəzərdə tutulub. Eyni zamanda, əsaslı tikinti işləri çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 30 ədəd suötrücü borunun quraşdırılması işləri də aparılır. Tikinti işləri bitdikdən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yol boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yola üfüqi nişanlama xətləri çəkiləcək. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yoluboyunca yerləşən yaşayış məntəqələrinin sakinlərinin rayon mərkəzinə rahat çıxışı təmin olunmaqla, onların yetişdirdikləri kənd təsərrüfatı məhsullarının qısa vaxt ərzində və xarab olmadan bazara daşınması mümkün olacaq. Bu isə öz növbəsində həmin ərazinin insanlarının həyat şəraitinin yüksəlməsinə hesablanıb.
Kənan
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY

















