Üfunət baş çatladır: sakinlərin həll olunmayan problemləri - VİDEO

Abşeron rayonunun Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yeni tikilidə yaşayan sakinlər problem içində boğulurlar. Onlar bildiriblər ki, tullantı qutuları binaların qarşısında yerləşdirilib. Sakinlər nə həyətə düşə bilirlər, nə də pəncərələrini aça.
Gündəlik olaraq tullantıların daşınmasına baxmayaraq, üfunət baş çatladır.
"Ən çox zibil qutularının xüsusi yerlərdə qoyulmamasından əziyyət çəkirik. Toplu şəkildə bağlı bir yerə qoyulmamasına görə zibili ya külək, ya da heyvanlar yerə dağıdır, antisanitariya yaranır. Axşam insanlar parka sərinləməyə çıxmaq istəyəndə üfunətdən gəzmək olmur", - deyə sakin narazılığını bildirib.
Sakinlərin problemi bununla da bitmir. Onlar iddia edirlər ki, qəsəbədə cəmi 1 marşrut işləyir ki, o da tələbatı ödəmir:
"Bakıya getmək üçün yalnız 503 nömrəli marşrut avtobusudur, o da bərbad vəziyyətdədir. Sərnişin tutumu çox azdır".
Problemlə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, marşrut xətlərinin optimallaşdırılması işləri çərçivəsində Saray qəsəbəsi sakinlərinə ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığının təmin edilməsi istiqamətində islahatlar aparılır:
"Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə birləşdirən avtobus marşrutunun yaradılması nəzərdə tutulur. Bununla bağlı daşıyıcının müəyyən edilməsi üçün yenidən müsabiqə elan edilib".
Daha ətraflı süjetdə:
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - DİQQƏT!
Prezident Sərəncam imzaladı: 10 min manat verilir
Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...
Günəşdə təhlükəli aktivlik: X sinifli partlayış riski artıb
Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!
Səidin küsmə dərsi bizə nəyi öyrədir? - Elşad Hacıyevdən AÇIQLAMA
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO











