“Ukrayna dairəsi”ndə aparılan təmir işləri dəhşətli tıxaca səbəb olub - VİDEO

Məlumdur ki, bir neçə gün əvvəl ölkənin ən böyük dairələrindən olan, 5 müxtəlif istiqamətdən gələn yolların kəsişdiyi “Ukrayna dairəsi”ndə təmir işlərinə başlanılıb. Dairədə aparılan təmir işləri dəhşətli tıxacın yaranmasına səbəb olub.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Görüntüdən də aydın olur ki, müxtəlif istiqamətlərdən gələn nəqliyyat vasitələri tıxacda gözləyirlər. İzləyici dairənin bir tərəfinin bağlanması səbəbindən sıxlığın şiddətləndiyini qeyd edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, Dövlət Yol Polisi tərəfindən yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər həyata keçirilir: “Sürücülərdən xahiş edirik ki, qaydalara ciddi şəkildə riayət etsinlər, nasaz nəqliyyat vasitələrini istifadə etməsinlər və dayanma-durma qaydalarına əməl etsinlər”.
Nərmin
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ










