Ukrayna dairəsinin bitməyən tıxac dərdi: SƏBƏB NƏDİR? - VİDEO

Paytaxtın Xətai rayonu ərazisində yerləşən Ukrayna dairəsi ən çox yol kəsişmələrindən biridir.
Avtosfer.az xəbər verir ki, dairədə ümumi olaraq tıxac olmur. Lakin Neapol küçəsindən dairəyə daxil olanlarla Məhəmməd Hadi küçəsi ilə kəsişmə nöqtəsində daim tıxac olur. Səbəb isə çox sadədir. Neapol dairəsindən gələnlər dairədə gözləmədən daxil olaraq yolu kəsir. Bu isə dairədən çıxmaq istəyənlərə problem yaradır. Maraqlıdır ki, Neapol küçəsindən həm Məhəmməd Hadi (Əhmədli istiqamətində) daxil olanlar, həm də dairəyə girənlər sıxlıq yaradır.
Bakı Nəqliyyat Agentliyi bir müddət əvvəl dairə ilə bağlı yeni layihə hazırlamışdı. Orda qeyd olunurdu ki, layihədən sonra burada tıxac aradan qalxacaq. Amma hələlik ki, bu icra olunmayıb. Dairənin ətrafında olan obyektlər də yolun daralmasına səbəb olur.
Təqdim etdiyimiz videoda isə tıxacı yaradan elə sürücülərin özü olduğu aşkar görünür.
Leyla
Nömrənin itməsinin qarşısını necə alaq?
Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olundu
Bu yolda sağa dönmək üçün qırıq xətlər əlavə olunacaq - Sürücülərə ŞAD XƏBƏR - VİDEO
AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO
Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir
Tramp İranla razılığa gəlinməsi mövzusunda yalan danışır? – Politoloq AÇIQLADI
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Qatarlarda və vağzallarda elektron siqaretlərin istifadəsinə görə cərimə tətbiq ediləcək - FOTO
Zabratda qəbiristanlıq su altında qalıb; qurumlardan reaksiya yoxdur - VİDEO
Azərbaycanda elektron siqaret satanların nəzərinə: Sabahdan...
Sabahdan bu qaydanı pozanlar cərimə olunacaq - 30 manat...










