Ukraynada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutulub

Ukraynanın Dnepropetrovsk vilayətində ölkəsində dələduzluqda ittiham olunan və beynəlxalq axtarışa verilən azərbaycanlı tutulub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat xidməti məlumat yayıb. "Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları Dnepropetrovsk vilayətinin Kamenskoye şəhərində İnterpol xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar", - deyə məlumatda bildirilir.
UTX-nin məlumatına görə, saxlanılan şəxs Azərbaycanda Cinayət Məcəlləsinin "Əhəmiyyətli və xüsusilə böyük ziyana səbəb olan fırıldaqçılıq" maddəsi ilə cinayət törətməkdə ittiham olunur. "Xüsusi xidmət işçiləri onun Ukraynada ölkənin, xüsusən də iqtisadi və etno-konfessiya sahələrində milli mənafeyinə zərər verən fəaliyyətə başlamağı planlaşdırdığını təsbit ediblər", - deyə xüsusi xidmət orqanından bildirilib.
Hazırda əcnəbi həbsdədir, onun Azərbaycana ekstradisiyası məsələsi həll olunur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












