Ukraynadan Azərbaycana gətirilən 70 min avroluq yük oğurlandı

Ukraynanın Vinnitsa vilayətində Fransanın məşhur kosmetika şirkətinin Azərbaycan nümayəndəliyinin, azərbaycanlı iş adamına məxsus mal və avadanlıqlardan ibarət ağır tonnajlı yükün olduğu maşın oğurlanıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Fransadan gətirilən yük ötən həftə Ukraynaya daxil olan kimi bu ölkəyə məxsus yük maşınına yüklənərək Odessa istiqamətində yola salınıb. Yükün transferini həyata keçirən Sergey Kolesniçenko bildirib ki, növbəti gündən maşının sürücüsü ilə əlaqə kəsilib. İki gün sonra isə naməlum nömrədən ona gələn zənglə bildiriblər ki, yük ələ keçirilib. S.Kolesniçenko şirkətin vəkili ilə birgə hüquq mühafizə orqanlarına müraciət etdiklərini, lakin hələ ki, heç bir nəticəyə nail olunmadığını bildirib. Onun sözlərinə görə, yükün ümumi dəyəri 70 min avrodur. Araşdırma aparıldığından kosmetika şirkəti adının açıqlanmasını istəməyib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












