Ukraynanı tərk edən azərbaycanlıların sayı artır - VİDEO

Ukraynada müharibə mühacirlərinin əksəriyyəti ölkəni Polşaya keçməklə tərk edir.
Avtosfer.az-ın məlumatına görə, Ukraynadan çox sayda soydaşımızın da üz tutduğu Polşada isə mühacirlərin qəbulu üçün 8 keçid məntəqəsi ayrılıb. İlk günlərdə mühacirləri qəbul etmək üçün ayrılmış 4 düşərgə bəs etmədiyi üçün onların sayı artırılır. Polşa Azərbaycanlıları Şurasının İdarə Heyətinin üzvü Nicat Həsənli deyir ki, soydaşlarımızın həmin düşrəgələrdə müvəqqəti olaraq məskunlaşması üçün bütün işlər görülür. Vatsap vasitəsi ilə onların pasportlarını, qeydiyyat nömrələrini və Bakıdakı yaxınlarından birinin şəxsi nömrəsini qeyd etməkləri xahiş olunur. Bu günə kimi artıq 800-ə yaxın soydaşımızın qarşılanıb, müvafiq köməklə təmin olunması üçün işlər görülüb. Polşaya Ukrayanadan pənah gətirən soydaşlarımız hazırda bu ölkənin müxtəlif şəhərlərində məskunlaşıb. Lakin Ukrayna vətəndaşı olmayan soydaşlarımız Polşada bir sıra problemlərlə üzləşirlər. Buna baxmayaraq Polşada yaşayan soydaşlarımız Ukrayanadan bu ölkəyə gələn azərbaycanlıların problemlərinin həllində aktivlik nümayiş etdirir.
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ










