Ukraynaya nəqliyyat dəhlizləri təklif olundu - Azərbaycandan

Azərbaycan prezidenti İlham Əliyev Ukrayna şirkətlərinə Azərbaycanın müxtəlif istiqamətlərdə yaratdığı nəqliyyat imkanlarından yararlanmağı təklif edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko Bakıda Azərbaycan prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında deyib. “Bununla bağlı artıq ilk sınaq layihəsi həyata keçirilib və müəyyən həcmdə əmtəə Azərbaycan vasitəsilə Ukraynadan şərqə göndərilib. Hesab edirik ki, bu layihəyə daha çox diqqət yetirməliyik. Tariflər müştərilər üçün cəlbedici olmalıdır ki, yüklər hər iki istiqamətdə hərəkət etsin”, - Əliyev deyib.
Azərbaycan prezidenti ukraynalı həmkarını yaxın vaxtlarda istismara veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə məlumatlandırdığını da söyləyib. “Bu, qədim İpək Yolunun bərpasıdır və burada Ukrayna şirkətləri üçün yeni imkanlar açılır. Eyni zamanda, Azərbaycan öz tərəfdaşları ilə Şimal-Cənub dəhlizinin reallaşdırılmasında maraqlıdır və bunun üçün mümkün olan hər şeyi edir. Ukrayna da bu imkanlardan istifadə edə bilər”, - Azərbaycan prezidenti deyib.
Nitqinin sonunda prezident İlham Əliyev ukraynalı həmkarı ilə apardığı danışıqlardan məmnunluğunu ifadə edib.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










