“Ümid edirəm, Rusiya Braziliyanın qərarına təsir edə bilməyəcək”

“Qazaxıstan Rusiyanın basqılarına tab gətirməyib, ədalətsiz qərar vermək istəməyib və qara qutuları Braziliyaya göndərib”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, Rusiya tərəfindən vurulan təyyarəmizlə bağlı təhqiqat aparan Qazaxıstanın hökumət komissiyası “Qara qutu”nun oxunması üçün onun Braziliyaya göndərilməsinə qərar verib: “Braziliya həmin təyyarəni istehsal edən ölkədir. Araşdırmanı bu ölkədə yerləşən Aviasiya Qəzalarının Təhqiqatı üzrə Beynəlxalq Mərkəz aparacaq. Açıqlanan məlumatlarda bu qərarın beynəlxalq konvensiyalara uyğun olduğu, Azərbaycan və Rusiya tərəfləri ilə razılaşdırıldığı qeyd edilib.
.jpg)
Qazaxıstanın bu mövqeyi maraqlı və düşündürücüdür. Axı istehsalçı şirkətin, beynəlxalq qurumların nümayəndələri elə Qazaxıstanda idilər və orada bu işi bitirə bilərdilər? Doğurdanmı Qazaxıstan Rusiyanın təzyiqlərinə tab gətirə bilməyib?”
Osman Gündüz əlavə edib ki, bu qərarın həm də Azərbaycan və Qazaxıstan Prezidentlərinin telefon danışıqlarından sonra baş tutması diqqətçəkəndir: “Bəlkə də təyyarəni istehsal edən ölkənin özünə hörmət edərək obyektiv mövqe tutacağı, beynəlxalq qurumların müşahidəsi altında təhqiqat aparılması bu baxımından daha doğrudur?
Görünən odur ki, arxa planda, Qazaxıstan, Rusiya və Azərbaycan arasında amansız diplomatik və siyasi mübarizə gedir. Ümid edirəm, Rusiya Braziliyanın qərarına təsir edə bilməyəcək”.
Xatırladaq ki, ötən gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilib ki, qəzaya uğramış “Embraer 190” təyyarəsinin qara qutuları Braziliyaya göndəriləcək. Xüsusilə vurğulanıb ki, Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində qara qutuların çatdırılması və oxunması prosesi azərbaycanlı mütəxəssislərin birbaşa müşayiəti və bilavasitə iştirakı ilə həyata keçiriləcək.

“Halal” nişanlı kolbasada donuz ətinin olduğunu vətəndaş İFŞA ETDİ - VİDEO
İran ABŞ ilə müharibəyə başlasa, Rusiya və Çin ona dəstək olacaq? – Politoloq AÇIQLADI
Metroda platforma ilə qatar arasında niyə şüşə arakəsmə quraşdırılmır? – RƏSMİ - VİDEO
Binəqədi şosesindəki xaosun səbəbi nədir? - VİDEO
İsrail İranın ABŞ ilə nüvə razılaşmasına maneə yaradır - EKSPERT
Ramazan ayının altıncı gününün duası - İmsak və iftar vaxtı
“Plug-in” hibrid avtomobillər rəsmi rəqəmlərdən daha çox yanacaq sərf edir - ARAŞDIRMA
Bu yolda dələduzlar peyda olub; maşını saxlayıb ... - Sürücülərin nəzərinə
Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır
Mehdiyevlə Əli Kərimlinin çevriliş planını kim ifşa edib? – Elə adlar çəkildi ki…
Kəmaləddin Heydərovun iki general müavini vəzifəsindən azad edildi - RƏSMİ









