"United Airlines" qalmaqaldan sonra əməkdaşların gediş qaydalarını dəyişəcək

"United Airlines" aviaşirkəti güclə reysdən çıxarılan sərnişinlə yaşanmış qalmaqaldan sonra əməkdaşlarının öz reysləri ilə gediş qaydalarını dəyişəcək. Avtosfer.az BBC-yə istinadən xəbər verir ki, aviadaşıyıcı bundan sonra əməkdaşlarının uçuşa ən geci uçuşa 1 saat qalmış yer alacağını bildirib. Şirkət bu addımı 69 yaşlı sərnişin, Vyetnam əsilli həkim Devid Tao ilə yaranmış qalmaqaldan sonra atmalı olub. Belə ki, aprelin 11-də təhlükəsizlik xidmətinin əməkdaşları Çikaqodan Luisvillə uçmalı olan Daonu sanki təyyarədən sürüyərək çıxarıb. Üstəlik, həkimin iki dişi sınıb, burnu qırılıb. Daonu göyərtədən aşağı endirməyə səbəb isə overbukinq olub: təyyarəyə salonda olan yerlərdən çox bilet satılıb. Eyni zamanda, aviaşirkət növbəti gün başqa şəhərdə işə getməli olan işçilərini göyərtəyə salmalı olub.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












