Universitetlərdən sonra metro da açılır? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi fevralın 15-dən universitetlərdə, yuxarı siniflərdə ənənəvi təhsil bərpa edilir. Bundan əlavə fevralın 15-dən baxçalar da açılır. Ali məktəblərdə ənənəvi dərslərin bərpa edilməsi nəqliyyatda sıxlığın artmasına da səbəb olacaq. Bu gün səsləndirilən iddialardan biri də fevralın 15-dən metronun da fəaliyyətinin bərpa ediləcəyi ilə bağlıdır. Fevralın 15-dən metronun da fəaliyyəti bərpa edilə bilərmi?
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hələlik bu barədə rəsmi qərar yoxdur:
"Biz də sizin kimi Operativ Qərargahın qərarını gözləyirik. Bilirsiniz ki, bu barədə qərar vermək səlahiyyəti Operativ Qərargaha aiddir. Ali məktəblərdə ənənəvi təhsil bərpa edildikdən sonra metronun fəaliyyətinin bərpa edilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən də Operativ Qərargaha müraciət olunub.Həmçinin bildiyiniz kimi, karantin rejimi aprelin 1-nə kimi uzadılıb. Bu uzadılma avtomatik olaraq bizə də şamil edilir. Çünki uzadılma qərarında metro xüsusi bəndlə qeyd edilir. Bu isə o deməkdir ki, metronun açılması Operativ Qərargahın verəcəyi əlavə qərardan asılı olacaq". (Sonxeber.az)
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO










