"Uşaq bezləri ilə dolu arxın suyunu duruldub içirik" - Acınacaqlı vəziyyət - VİDEO

On mindən çox əhalisi olan Biləsuvarın Xırmandalı kəndində illərdir, içməli su problemi hökm sürür. Avtosfer.az xəbər verir ki, bu barədə "Baku TV"nin "qaynar xətt"inə müraciət edən sakinlər problemin həll olunması üçün aidiyyəti qurumdan kömək gözlədiklərini bildiriblər. "Arxın içi uşaq bezləri ilə doludur. Suyu götürüb hovuza doldururuq, daha sonra duruldub içirik", - sakinlərdən biri söyləyib. Sakinlərin problemi bununla da bitmir. Onların sözlərinə görə, kəndin bir hissəsində elektrik xətləri yenilənsə də, digər hissədə dirəklər və naqillər yararsız haldadır. "Evdə işıq üzünə həsrətik. Külək əsən kimi işıqlar sönür. Televizorumuz dəfələrlə yanıb", - deyə başqa bir sakin narazılığını ifadə edib. Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirilib ki, həmin kəndə işıq xətlərinin çəkilməsi artıq lahiyələndirilib. Hazırda qonşu kənddə işlər aparılır. Növbəti mərhələdə sözügedən kənddə layihənin icrası həyata keçiriləcək. Biləsuvar Su-Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən isə vurğulanıb ki, kəndi su ilə təmin etməli olan kəmərin tikintisinin davamı üçün layihə artıq təqdim edilib. Yaxın günlərdə problemin həlli istiqamətində işlər həyata keçiriləcək.
Daha ətraflı Baku TV-nin süjetində:
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO










