Uşaq dünyaya gətirən 11 yaşlı qız DANIŞDI - VİDEO
Gündəm
30 Oktyabr 2021 14:44
Oxunub 4646

İmişli rayonunda atalığı tərəfindan zorlandığı deyilən azyaşlı qızın danışması ilə bağlı görüntülər yayılıb.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı ARB süjet hazırlayıb.
Azyaşlı onu zorlayan şəxsin bu hadisə barədə heç nə danışmamasını çatdırdığını deyib: “Dedi ki, heç kimə demə”.
Daha sonra qız ona dərman verildiyini, ayılanda isə paltarlarının əynində olmadığını bildirib. O, belə hadisənin iki dəfə yaşandığını da qeyd edib.
Hadisə barədə danışan uşağın nənəsi Sənubər Şükürovanın sözlərinə görə, anası soğan yığmağa, çörək bişirməyə gedən zaman azyaşlı evdə tək olub və atalığı Qurban Fərəcov bundan istifadə edib.
Qeyd edək ki, zorlanmış qız əməliyyat olunub, əməliyyatla uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













