“Uşaqların avtomobildə daşınması qaydaları ilə bağlı qanunda boşluq var” - Ekspert

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi 12 yaşadək uşaqların avtomobillərdə daşınması zamanı xüsusi oturacaqlardan istifadə etməyən sürücülərin cərimələnəcəyini açıqlayıb və qeyd olunub ki, qayda maşının ön və arxa oturacaqlarınada şamil olunur. “Digesta” hüquq firmasının rəhbəri, ekspert Ərşad Hüseynov yeniliyi şərh edib və qanunsuz olduğunu bildirib: “Yol hərəkəti haqda qanunun 56-cı maddəsinin 9-cu bəndinə görə yalnız ön oturacaqda 12 yaşadək uşaqlar daşınarkən xüsusi oturacaqdan istifadə edilməlidir. Arxa oturacaqlarda uşaqların daşınması üçün “avto-kreslo” tələb olunmur. Buna görə də heç kimi cərimələmək olmaz. Həmçinin, arxa oturacaqda daşınan uşaqlar üçün kəmər taxmaq da məcburi deyil.
Qanunverciliyimizdə olan bir boşluq da budur ki, arxa oturacaqlarda daşına biləcək uşaqların sayı müəyyən olunmayıb. Yəni, istəsəniz arxa oturacağa 10-15 uşaq mindirə bilərsiniz. Sürücünün yanındakı sağ ön hissədə xüsusi oturacaq olmadan 12 yaşadək uşaqların daşınmasına görə İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 2-ci bəndində 60 manat cərimə və 3 bal cəza nəzərdə tutulub”.

“Qafqazinfo”
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












