Usta təmir etməli olduğu avtomobili qaçırdı - Bərdədə

Bərdədə avtomobil qaçırılıb. Avtosfer.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 12-də Bərdə rayonunun Qaradəmirçi kənd sakini Vaqif Fətullayev RPŞ-yə müraciət edərək bildirib ki, iyun ayında "Mercedes" markalı avtomobilini təmir üçün Sadiq adlı ustaya vermiş, dekabrın 11-də təmir sexinə gəldikdə avtomobilin usta tərəfindən qaçırılmasını müəyyən edib. Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Sadiq Qələndərov və Seymur Məmmədov tutulublar. S.Qələndərovdan 9,28 qram, S.Məmmədovdan isə 9,18 qram marixuana götürülüb.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların dekabrın 10-dan 12-dək olan müddətdə Bərdə şəhəri ərazisində 3 avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












