Ustalar restorandan seyf oğurlayıb özlərinə telefon aldılar - Bakıda

İyulun 16-da Yasamal rayonu ərazisindəki restoranlardan birinin sahibi iş otağından içərisində pul olan seyfin oğurlanması barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edib. O, izahatında hadisənin bir gün əvvəl baş verdiyini, lakin aradan ötən müddətdə öz axtarışlarının nəticə vermədiyini bildirib. Dərhal yaradılan əməliyyat qrupu hadisə yerinə gələrək ətraflı müayinə edib, müvafiq araşdırmalar aparılıb və bu zaman oğurluğun orada işləyən ustalar tərəfindən törədildiyinə dair şübhələr ortaya çıxıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlilərdən biri - Bərdə rayon sakini Səfadar Nağıyev Zabrat qəsəbəsindəki bağ evində saxlanılaraq Polis Bölməsinə gətirilib. Tutarlı dəlillər qarşısında S.Nağıyev tamah məqsədilə törətdiyi əməli etiraf edib. Müəyyən edilib ki, Səfadar uzun müddətdir ki, həmin restoranda usta kimi işləyir. Həmin gün səhər saat 8.00 radələrində o, digər həmkarı ilə əvvəlcədən əlbir olaraq iş yerinə gəlib, arxa qapıdan açar seçmək yolu ilə içəri daxil olub. Seyfi olduğu otaqdan götürərək ətrafdakıların diqqətini çəkməmək üçün qutuya qoyublar, tullantı kimi çölə çıxarıb, maşınla Zabrat qəsəbəsindəki bağ evinə aparıblar. Seyfi orada qoyub yenidən adətən işə gəldikləri vaxtda restorana qayıdıblar.
Aranın sakit olduğunu görən ustalar az sonra yenidən həmin bağ evinə gələrək seyfi sındırıb içərisindəki Azərbaycan manatı və ABŞ dollarlarını götürüblər. Ümumi məbləği 8500 manat olan pulu aralarında bölüblər, daha sonra qənimətlərindən özlərinə mobil telefonlar və təzə paltarlar alaraq bir hissəsini xərcləyiblər.
S.Nağıyevin üzərinə baxış zamanı 1007 manat və 1050 ABŞ dolları aşkar edilərək götürülüb. O, həmin məbləğin özünə qalan pulun bir hissəsi olduğunu bildirib. Faktla əlaqədar Yasamal RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir, digər şübhəlinin saxlanılması üçün zəruri tədbirlər görülür.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir










