ÜST: Dünya əhalisinin 92 faizi natəmiz hava ilə nəfəs alır

Dünya əhalisinin 92 faizi təmizliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) normalarına cavab verməyən hava ilə nəfəs alır. Avtosfer.az xəbər verir ki, bu barədə ÜST-ün məlumatında bildirilir.
Təşkilat tərəfindən aparılan tədqiqatların nəticələri interaktiv xəritədə öz əksini tapıb. Onun tərtib olunması üçün bütün dünya üzrə quraşdırılan üç min yerüstü müşahidə stansiyası, həmçinin peyk vasitəsi ilə əldə olunan məlumatlardan istifadə olunub.
ÜST-ün məlumatına görə, hər il təqribən 3 milyon insan ziyanlı tullantılarla bağlı xəstəliklərdən vəfat edir. Müəssisələr daxilində havanın keyfiyyətinin pis olması da insan sağlamlığına mənfi təsir göstərir. Təkcə 2012-ci ildə bu səbəblərdən 6,5 milyondan çox insan həyatını itirib. Bütün ölüm hallarının təqribən 90 faizi gəlir səviyyəsi aşağı və orta olan ölkələrin payına düşür.
Havanın keyfiyyəti ilə bağlı xəstəliklərə ürək-damar və tənəffüs sistemi xəstəlikləri aiddir.
Məlumatda bildirilir ki, ətraf mühiti təkcə insan çirkləndirmir. Qum burulğanı kimi təbiət hadisəsi, məsələn havanın keyfiyyətinə mənfi təsir göstərə bilər.
Sabah bu yollar bağlı olacaq - SİYAHI
Səbaildəki lyuklardan şikayət olundu; qurum hərəkətə keçdi – FOTO - VİDEO
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO








