“Üstü bəzək, altı təzək” supermarket ərtaf mühiti çirkləndirir - VİDEO

Paytaxt ərazisində yerləşən supermarketlərdən birinin həyətində antisanitar vəziyyətlə bağlı sosial şəbəkədə məlumat yayılıb.
Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Sabunçu rayonu Zabrat 1 qəsəbəsində yerləşən "Ayxan" marketdən gedir.
Belə ki, işçilər mağazada yığılan tullantıları obyektin arxasına ataraq oranı çirkləndirirlər. Sakinlər yaşayış yerinin zibillənməsinə narazılıq edirlər.
Belə ki, Zabrat 1 yaşayış massivində yerləşən “üstü bəzək, altı təzək” “Ayxan”market ətraf mühitin çirklənməsi mövzusunda rəqiblərini xeyli qabaqlayıb. Obyektin içindən çıxarılan çürük meyvələr, qəbul edilən malların qablaşdırıldığı qutular və paketlər marketin arxasındakı zibilxanaya atılır. Ərazidə yaşayan sakinlər bildirir ki, marketin “öz təşəbbüsü” ilə yaranan zibilxanadakı tullantıların üfunəti ətrafa yayılır. Ortaya çıxan “münbit xəstəlik şəraiti” insanları narahat edir.
Sosial şəbəkə istifadəçiləri və ərazidə yaşayan sakinlər yaranan vəziyyətin aidiyyəti qurumlar tərəfindən tezliklə aradan qaldırılmasını xahiş edir.
Qeyd edək ki, bu əməli törədən şəxslər İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) 50 manat məbləğində cərmələnə bilər.
Hülya
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Prezident İlham Əliyev
Qəza törədən Nuray Muxtarovadan sərt SÖZLƏR - FOTO
Radarlar ödənişli yollarda sürücülərə necə təsir edəcək?
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər - YENİLƏNİB
Gecələr kabusa çevrilən qəsəbə: İşıqlar işləmir, yük maşınları sürət həddini aşır - VİDEO
Xocalı soyqırımı türk dünyasının siyasi həmrəyliyini necə formalaşdırıb? - Ekspert AÇIQLADI
Azərbaycan xalqının 34 ildir sağalmayan yarası – 26 fevral XOCALI FACİƏSİ - FOTOSESSİYA
Ramazan ayının səkkizinci gününün duası - İmsak və iftar vaxtı
XİN Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb
Sərxoş halda velosiped sürənlər cərimə olunacaq? - VACİB AÇIQLAMA
İlham Əliyev Xocavənd kəndinə köçmüş sakinin evində olub, söhbət edib - FOTO - VİDEO










