"Üstümdə 20 milyon avro dəyərində çek yox idi" - Sem Börd

"Mercedes AMG komandasının keçmiş test pilotu Sem Börd bildirib ki, Formula 1-də yarışmamasının səbəbi pulsuzluq olub. Avtosfer.az "f-1.az" saytına istinadən xəbər verir ki, S.Börd 2010-2014-cü illərdə "Mercedes AMG" komandasında test pilot olub. Britaniyalı sürücü bu müddət ərzində Mixael Şumaxer, Lyuis Hemilton və Niko Rosberqlə işləyib.
Xatırladaq ki, 29 yaşlı sürücü hazırda "Formula E" seriyasında yarışır və "DS Virgin Racing" komandasının şərəfini qoruyur.
S.Börd bildirib ki, onun qəhrəmanı M.Şumaxerdir: “Şumaxer həyatımda gördüyüm ən böyük və ən güclü sürücü idi. Bəxtəvər idim, çünki onunla işləmək şansım oldu. Bu, inanılmaz hiss idi”.
Britaniyalı sürücü Formula 1-də yarışa bilməməsinin səbəbini də deyib: “Formula 1-də niyə yarışa bilmədim? Çünki üstümdə 20 milyon avro dəyərində çek yox idi. F1-in yerinə Formula E-də yarışıram və burada pul qazanıram”.
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?












