Usubov yeni rəis təyin etdi

Daxili İşlər naziri Ramil Usubov Yasamal Rayon Mühafizə İdarəsinin rəisi Quliyev Şakir Əliağa oğlunu tutduğu vəzifədən azad edib. Avtosfer.az-ın unikal.org-a istinadən xəbərinə görə, Ramil Usubovun digər əmri ilə Quliyev Şakir Əliağa oğlu Nərimanov Rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Nazirin əmri ilə Nərimanov Rayon Mühafizə İdarəsinin keçmiş rəisi Məmmədov Hafiz Cəmil oğlu isə təqaüdə göndərilib. Yasamal Rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.
Xatırladaq ki, Şakir Quliyev Prezident İlham Əliyevin sərəncamı ilə ictimai asayişin təmin olunmasında, hüquq qaydasının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə, xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə "Vətən uğrunda” medalı ilə təltif edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












