Uzaq uçuşlar qaraciyər xərçəngi yarada bilər

Avtosfer.az xəbər verir ki, bu barədə "The Telegraph" yazır ki, yeni elmi tədqiqatın nəticəsinə görə təyyarələrlə müntəzəm olaraq uzaq məsafələrə uçanlarda qara ciyər xərçəngi yarana bilər.
Təcrübələr zamanı aşkar edilib ki, elmdə jetlag kimi tanınan xroniki hal qaraciyər üzərində yağların və öd turşularının yığılmasına səbəb olur.
Jetlag - yəni vaxt zonalarını aşan uzaqmənzilli təyyarə uçuşlarının orqanizmdəki metobolik prosesləri pozması halı siçanların üzərində öyrənilib.
Alimlər deyirlər ki, bu zaman qaraciyərin üstündə yığılan yağlar keçid mərhələsi olan sirrozu yaratmadan bilavasitə qara ciyər xərçənginə səbəb ola bilər.
Təkcə Britaniyada hər il 6 min nəfər bu xəstəlikdən dünyasını dəyişir.
Cancer Cell onkologiya jurnalında dərc edilmiş məqalədə deyilri ki, təcrübə zamanı siçanlar bir neçə vaxt qurşağından keçirilib.
Baylor Tibb Kollecinin alimləri müşahidə ediblər ki, vaxt qurşaqlarının qısa zamanda dəfələrlə keçilməsi bədən ritmini, yuxu tsiklini və maddələr mübadiləsini pozur.
Bu təsirlərə məruz qoyulmuş siçanlarda çəki artımı, qaraciyərin piylənməsi və xronik iltihab müşahidə edilib.
Bundan əvvəl aparılmış tədqiqatlar nizamsız iş cədvəlinin, xüsusən də gecə növbələrinin qara ciyər xərçəngi riskini artırdığını göstərmişdi (BBC).
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












