Vağzal rəisi rüşvətə görə tutuldu

Moskvanın “Kazan” vağzalının rəisi Sergey Donetski 35 min rubl (500 dollar) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Sergey Donetskinin vəkili vağzalın rəisinə tələ qurulduğunu iddia edir.“Bu vəzifəyə təyinat alan Sergey Donetski qanunsuz taksi sürücüləri, ticarət obyektləri və narkotik satıcıları ilə sərt mübarizəyə başlayaraq, onları vağzal ərazisindən kənarlaşdırıb. Onun bu əməlləri kimlərinsə xoşuna gəlməyib”, - deyə vəkil bildirib. Bundan başqa o vağzal rəisinə indiyədək ittiham irəli sürülmədiyini bildirib. Vəkilin sözlərinə görə, Sergey Donetski sözügedən zərfi nə görməyib, nə də götürməyib: “Fevralın 29-da qəbula gələn naməlum şəxs katibə bir zərf verərək gedib. Üç gün sonra gələn polis əməkdaşları otağa baxış keçiriblər və zərfi taparaq açıblar”, - deyə vəkil bildirib.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












