Vahid Ələkbərovun şirkəti risk altında; “Lukoil”in taleyi necə olacaq? – Politoloq AÇIQLADI

Rusiya-Ukrayna müharibəsi müasir dövrdə münaqişələrin yalnız döyüş meydanında deyil, həm də maliyyə bazarları və bank sistemi üzərindən aparıldığını bir daha göstərdi. Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar fonunda Rusiyanın enerji sektorunda fəaliyyət göstərən iri şirkətlər fərqli təsirlərlə üzləşib.
Avtosfer.az xəbər verir ki, bu barədə politoloq Zeynal Əmrəliyev məlumat verib. Onun sözlərinə görə, sanksiyalar xüsusilə Rusiyanın enerji nəhəngləri olan “Rosneft” və “Lukoil” üçün ciddi nəticələr doğurub. Lakin dövlət şirkəti olan “Rosneft” müəyyən qorunma mexanizmlərinə malik olduğu halda, “Lukoil” daha ağır zərbə alan tərəf kimi çıxış edir.

“Lukoil”un əsas zəif tərəfi onun Avropa bazarları ilə sıx inteqrasiyası olub. Sanksiyalardan əvvəl şirkət İtaliya, Bolqarıstan və Rumıniyada iri neft emalı zavodlarına sahib idi. Xüsusilə İtaliyadakı “ISAB” zavodunun satılması şirkətin beynəlxalq mövqeyinə ciddi təsir göstərib. Bolqarıstandakı “Neftochim Burgas” ətrafında yaranan təzyiqlər isə Avropanın Rusiya mənşəli gəlirlərin qarşısını almaqda israrlı olduğunu nümayiş etdirir.
Politoloqun fikrincə, şirkətin digər ciddi problemi texnoloji asılılıqla bağlıdır. Belə ki, “Lukoil” uzun illər “Halliburton” və “Baker Hughes” kimi Qərb şirkətlərindən asılı vəziyyətdə olub. Bu asılılıq sanksiyalar fonunda daha da kəskinləşərək xərclərin artmasına və layihələrin ləngiməsinə səbəb olub.
Maliyyə baxımından da vəziyyət mürəkkəbləşib. Müharibədən əvvəl Qərb banklarından uzunmüddətli kreditlər cəlb edən “Lukoil” artıq bu resurslara çıxış imkanını itirib. Şirkətin Asiya bazarlarına yönəlmək cəhdləri isə logistika xərclərinin artması və siyasi risklərin yüksək olması səbəbindən gözlənilən effekti vermir.
“Rosneft” və “Lukoil” arasındakı əsas fərqin onların statusu ilə bağlı olduğunu vurğulayıb. Politoloqun sözlərinə görə, “Rosneft” dövlət dəstəyi hesabına daha dayanıqlı mövqedədir və Çin, Hindistan kimi bazarlara əvvəlcədən yönəlməsi ona əlavə üstünlüklər qazandırıb. “Lukoil” isə özəl şirkət kimi daha çox mənfəət yönümlü fəaliyyət göstərsə də, dövlət dəstəyindən eyni səviyyədə faydalana bilmir.

Zeynal Əmrəliyev qeyd edib ki, mövcud vəziyyət fonunda “Lukoil” üçün iki əsas ssenari mümkündür. Ya şirkətin dövlət nəzarətinə keçməsi, ya da daxili rəqiblər tərəfindən udulması. Bununla yanaşı, ekspert hesab edir ki, şirkət üçün ən real çıxış yollarından biri Xəzər hövzəsi ölkələrinə yönəlməkdir. Bu baxımdan Azərbaycan, Türkmənistan və Qazaxıstan kimi ölkələr həm təhlükəsiz marşrut, həm də yeni investisiya imkanları baxımından önəmli hesab olunur.
Yaxın illərdə enerji bazarında baş verəcək dəyişikliklər “Lukoil”un taleyini müəyyənləşdirən əsas faktor olacaq.
Eltac Zülfüqaroğlu
Prezident fərman İMZALADI
Yasamalda məhəlləyə qoyulan şlaqbaumu FHN sökdürsə də, sakinlər yenidən quraşdırıb - FOTO
Maştağada zibil konteynerlərinin ətrafında antisanitar vəziyyət yaranıb – FOTO
Bakıda ictimai nəqliyyatda təmassız ödənişlər sürətlə artır – STATİSTİKA
Bu küçələrdə SIXLIQ VAR
Sumqayıt sakinləri bu küçədəki səkinin son dəfə nə vaxt təmir edildiyini unudub - FOTO
Çindən sıfır karbon hədəfinə yeni addım – 600 at gücündə mühərriki hazırlanır
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib - FOTO
Trampın “Green Card”la bağlı 100 min dollar tələbinin səbəbi nədir? - AÇIQLAMA
Azərbaycanda sürücülərin yanacaq xərcləri niyə artıb? - İQTİSADÇI
Azərbaycanda parklanma yerləri ilə bağlı YENİ QƏRAR










