"Vahimə" davam edir - Ağdaşda

Ağdaş rayonunun Qoşaqovaq kəndində gecə saatlarında naməlum məxluqların kənddə sakinlərin həyətlərinə girməsi, onları qorxuya salması ilə bağlı məlumatlar yayılsa da, hələlik heç bir fakta rast gəlinməyib.
Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Ağdaş rayon icra başçısının müavini Qalib Həsənov məlumat verib. Qurum rəsmisi deyib ki, hazırda polis əməkdaşları, icra və bələdiyyə nümayəndələri bu məsələ ilə bağlı kənddə araşdırmalarını davam etdirirlər: "Hələ ki heç bir fakt aşkar edilməyib. Kimsə belə bir hadisənin olmasını deyir, amma real fakt yoxdur".
Qeyd edək ki, Ağdaşın Qoşaqovaq kəndində 2 metr uzunluğunda ağ geyimli naməlum məxluqların gecə saatlarında sakinlərin həyətlərinə girməsi, evləri daşa basması, insanları qorxuya salması kimi iddialar səsləndirilir.
Daxili İşlər Nazirliyindən Ağdaşın Qoşaqovaq kəndində guya naməlum varlıqların peyda olması, buna görə də polis əməkdaşlarının kənddə əməliyyat apardığı, giriş-çıxışlarda postlar qurulduğu barədə yayılan məlumatlara aydınlıq gətirilib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Ağdaşın Qoşaqovaq kəndinin polis nəzarətinə götürülməsi, orada postların qurulması və hansısa əməliyyatın keçirilməsi barədə yayılan məlumatlar həqiqətəuyğun deyil.
Onun sözlərinə görə, reallığı əks etdirmədiyi əvvəlcədən də bəlli olan informasiyaların yayılması özlüyündə ciddi suallar doğurur: "Sözügedən kənd də daxil olmaqla Ağdaş rayon sakinlərindən heç kim xəsarət yetirilməsi, evindən oğurluq edilməsi və ya təhlükəsizliyinin təmin olunması ilə bağlı indiyədək rayon Polis Şöbəsinə və ya DİN-in "102" Zəng Xidmətinə müraciət etməyib. Bəzi kənd sakinlərinin gözlərinə guya hansısa məxluqların və ya şəxslərin görünməsi barədə yayılan söz-söhbətlər isə dedi-qodudan və şayiədən başqa bir şey deyil".
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










