Vakansiyalarda 35 yaş limitinin qoyulması qanunidir? – AÇIQLAMA - FOTO

Əmək bazarında yaş amili bəzən namizədlərin qarşısında səddə çevrilə bilir. Xüsusilə də bəzi vakansiyalarda 35 yaş limiti qoyulması cəmiyyətin müxtəlif təbəqələrində müzakirələrə səbəb olur. Halbuki Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Əmək Məcəlləsi əmək münasibətləri prosesində bütün namizədlərə bərabər imkanların yaradılmasını nəzərdə tutur.
Bu o deməkdir ki, namizədlərin yaşına, cinsinə, irqinə, dininə və digər fərdi xüsusiyyətlərinə görə ayrı-seçkilik edilməməlidir. Lakin praktiki müstəvidə bu prinsiplərin hər zaman qorunmadığını görürük.

Bəzi müəssisələr vakansiya paylaşarkən açıq şəkildə yaş məhdudiyyəti qoyur. Bu yanaşmanı əsaslandırmaq üçün müxtəlif arqumentlər irəli sürülür: guya 35 yaşdan yuxarı şəxslər daha ləng olurlar, bazarın tələblərinə uyğunlaşmaqda çətinlik çəkirlər, ailə-məişət qayğıları onların işinə təsir edir. Bəzi hallarda isə müəssisələr təcrübəli işçiləri idarə etməyin daha çətin olduğunu düşünərək gənc, daha az təcrübəli namizədlərə üstünlük verirlər.
Əslində isə təcrübə hər zaman üstünlükdür və müəssisələrin bundan maksimum faydalanması lazımdır. İllərlə müxtəlif sahələrdə çalışan bir mütəxəssisin qazandığı bilik və bacarıqlar istənilən təşkilat üçün dəyərli ola bilər. Təəssüf ki, bəzi hallarda bu üstünlüklər gözardı edilir.
Bəs əsl səbəb nədir? Əmək bazarında 35 yaş limiti niyə qoyulur? Müəssisələr 35 yaşdan yuxarı şəxslərin çevik olmadığınımı düşünür, yoxsa 35 yaşdan yuxarı şəxsin daha təcrübəli olması onları idarə etməyi daha da çətinləşdirir deyəmi?
Mövzu ilə bağlı insan resursları üzrə mütəxəssis Nüsrət Xəlilov Avtosfer.az-a açıqlamasında bildirib ki, bizim qanunvericiliyə əsasən, Əmək Məcəlləsinə görə əmək münasibətləri prosesində namizədlərə bərabər imkanlar təmin olunmalıdır:

“Namizədlərə yaşına, irqinə, dininə, cinsinə və digər xüsusiyyətlərinə görə ayrı-seçkilik edilməsi yolverilməzdir. Əmək bazarında konkret şəkildə belə bir tələb yoxdur, amma bəzən vakansiyalarda rast gəlinir ki, hansısa şirkət vakansiya paylaşarkən yaş məhdudiyyəti qoyur. Əlbəttə, burada müxtəlif amillər rol oynayır. Qeyd etdiyiniz kimi, bəzən 35 yaşdan yuxarı şəxsin çevik olmaması, müəyyən qədər öz üzərində çalışmaması, bazar tələblərinə uyğunlaşmaması, ailə-məişət qayğılarının artması baxımından bu cür meyarlar qiymətləndirilə bilər”.

Mütəxəssis son olaraq qeyd edib ki, bəzən isə təcrübəli şəxslərə kifayət qədər önəm verilmir:
“Halbuki müəssisələr təcrübəli şəxslərə daha çox dəyər verməlidirlər ki, həmin şəxslərin uzun müddət ərzində müxtəlif şirkətlərdə topladıqları təcrübədən səmərəli istifadə olunsun”.
Eltac Zülfüqaroğlu
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










