Vaqif Əsədov döyüşdə olan əsgərimizə niyə zəng etdi? - VİDEO

Sosial şəbəkələrdə "Böhtan atıblar mənə, müharibədə ola-ola məhkəmə keçirib, qərar veriblər" başlıqlı yayılan məlumata Bakı Şəhər Dövlər Yol Polisi İdarəsindən münasibət bildirildi.
İdarənin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirdi ki, Füzuli rayonunun Əhmədbəyli kəndində qeydiyyatda olan Əliyev Zahid Zakir oğlunun süjeti ilə bağlı araşdırılma aparıldı və məlum oldu ki, həqiqətən də 2 avqust 2020-ci il tarixdə onun törətdiyi xətaya uyğun protokol tərtib olunaraq toplanılmış sənədlər Nərimanov rayon Məhkəməsinə göndərilib. 17 sentyabr 2020-ci il tarixdə məhkəmə Əliyev Zahid Zakir oğlu barəsində qərar qəbul edib. Bu qərarla əlaqədar sürücüyə məlumat verilib.
Hal hazırda ön cəbhədə xidmətdə olan Zahid Əliyev video çəkərək qeyd edib ki, əvvəl yaydığı məlumata görə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən polis polkovniki ona zəng edib və artıq məsələ öz həllini tapıb. Zahid Əliyev əvvəl çəkdiyi videonun dünən təkrar olaraq sosial şəbəkələrdə yayılması ilə bağlı bir daha qeyd edib ki, məsələ öz həllini tapıb və videonun yenidən yayılmasına heç bir ehtiyac yox idi.
Təbriz
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










