Vaqif Əsədov haqqında yayılan xəbərləri cəfəngiyyat adlandırdı

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov milyonluq villasının olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə V.Əsədov musavat.com-a açıqlamasında məlumatı cəfəngiyyat adlandırıb. O, bildirib ki, istəyən jurnalist gəlib, araşdırıb, sözügedən villanın kimə məxsus olmasını öyrənə bilər: “Hazırda “Formula-1” yarışları ərəfəsidir, biz yolların bağlanmasından danışıb, bununla bağlı informasiya veririk. Yollarla bağlı mənə sual verin. Bu cür məsələlər bəllidir ki, yalan məlumatdır. Mənim düşmənim yoxdur, paxıllığımı çəkənlər var. Görünür, məlumat qıtlığı olduğu üçün hansısa dostlarım gündəmdə qalmaq məqsədilə bu cür xəbərləri verirlər. İkincisi də villası olan minlərlə insan var. Nə üçün onlardan yazmırlar? Mənimlə bağlı yazılan məlumat bir daha deyirəm ki, cəfəngiyyatdır. Çox güman ki, məni gündəmdə saxlamaq üçün bu cür yazını yazıblar. Sağ olsunlar, dostlarımız”.
Qeyd edək ki, ölkə.az saytı Bakı şəhəri, “NZS” qəsəbəsində yerləşən villanın şəklini yayaraq, oranın Vaqif Əsədova məxsus olduğunu bildirib. Sayt bildirib ki, villanın Vaqif Əsədova məxsus olmasını qonşular da təsdiqləyiblər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












