Vaqif Əsədov: “Nobel prospektində sıxlığın səbəbi Babəkdəki təmirdir”

Son zamanlar Bakı şəhər ərazisində yollarda sünı tıxacın yaranmasının səbəbi şəhərin müəyyən ərazilərində asfalt örtüyünün çəkilməsi və digər işlərlə bağlıdır. Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, bu tıxacın yaranmasına səbəb olan amillərdən biri Babək prospektində aparılan yenidənqurma işləridir: “İndi Babək prospektində hərəkət birtərəflidir. Bunun əsas yükü Nobel prospektinə düşür və bu səbəbdən pik vaxtlarda orada sıxlıq müşahidə olunur. Eyni zamanda, Nərimanov rayonu ərazisində yaşayış binalarının tikintisinə başlanılıb. Həmin ərazidə asfaltın qaşınması, kommunikasiya xətlərinin çəkilməsi işləri aparılır. Daha sonra Məhəmməd Hadi küçəsində asfalt örtüyünün çəkilməsi ilə bağlı məhdudiyyət var”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












