Vaqif Əsədovdan sürücülərə - Xəbərdarlıq

Sabah Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərsimi baş tutacaq. IV İslam Həmrəyliyi Oyunları may ayının 12-22-dək davam edəcək. Sfera.az-a danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov sürücülərə xəbərdarlıq edib: "Tövsiyyə edirəm ki, sürücülər oyunlar ərəfəsində tıxacların yaranmaması üçün şəxsi avtomobillərdən istifadə etməsinlər. Mümkün qədər daha çox ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər. Bildiyiniz kimi, sürücülərin sarı rəngdə bütöv formada çəkilmiş zolaqlara daxil olub hərəkət etmələri qadağandır. Əks halda inzibati xəta törətmiş olacaqlar. Eyni zamanda tədbir çərçivəsində yük götürmə qabiliyyəti 5 tondan artıq olan avtomobillərin hərəkət istiqamətinə də diqqət yetiriləcək”.
Vaqif Əsədov qeyd edib ki, Koroğlu" ərazisində ictimai nəqliyyat vasitələrinin hərəkəti bütün xırda detallarına qədər nəzərə alınıb: "Oyunlar tam yekunlaşana qədər hüquq mühafizə orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimi ilə işləyəcəklər. Demək olar ki, bütün şəxsi heyyət səfərbər edilib. Məqsəd tam təhlükəsizliyi təmin etməkdir”,- deyə o bildirib.
Qeyd edək ki, İslam Oyunlarında 54 ölkə iştirak edəcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












