Varşavada birbaşa dəmiryolu konvensiyası müzakirə olunub – FOTO

Noyabrın 27-dən dekabrın 1-nə qədər Varşavada (Polşa) “Birbaşa dəmir yolu bağlantısı haqqında konvensiya” mətninin qəbuluna dair beynəlxalq konfransın III sessiyası keçirilib. Avtosfer.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. Məlumata görə, sessiyada Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv olan 22 ölkənin nümayəndə heyətləri iştirak ediblər. Azərbaycanı bu tədbirdə ADY-nin Hüquq şöbəsinin rəisi Nicat Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Heyətin tərkibinə Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin böyük məsləhətçisi Ayxan Əlməmmədov, ADY-nin Maliyyə idarəsinin rəisi Fuad Səfərov və onun müavini Azad Hüseynov daxil olub. Konfransda həmçinin Cənubi Koreyanın, Avropa İttifaqının, beynəlxalq dəmir yolu daşımalarına dair hökümətlərarası təşkilatın və DYƏT Komitəsinin nümayəndələri iştirak ediblər. Sessiyada konvensiyanın əsas mətni və beynəlxalq konfransın IV sessiyasının tarixi və gündəliyi müzakirə olunub. Uzun müzakirələr və səsvermələr nəticəsində konvensiyanın “DYƏT Komitəsi” bölümünə aid maddələrin çoxu təsdiq edilib. Beynəlxalq konfransın IV sessiyasının gələn il martın 26-dan 30-na qədər Varşavada keçirilməsi qərara alınıb.
Emin
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"












