Vasif Talıbovun dövlətimizə qarşı SENSASİON SƏRƏNCAMI

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Bayraq Günü ilə bağlı sensasion fərmanının mətni yayılıb.
Avtosfer.az axar.az-a istinadla xəbər verir ki, Vasif Talıbov bu sərəncamla 17 noyabrı Naxçıvan Muxtar Respublikasında "Dövlət Bayrağı Günü" elan edib.
V.Talıbov bu fərmanı 2014-cü ildə imzalayıb və həmin tarixdən Naxçıvanda 17 noyabr (1991-ci il 17 noyabrda Naxçıvan Ali Məclisində Üçrəngli bayrağın ilk dəfə qaldırılmasına görə - red.) Bayraq Günü kimi qeyd edilir.
Zəruri olaraq bildirək ki, Azərbaycanda Dövlət Bayrağı Günü 9 noyabrdadır. Bu tarix Azərbaycan Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu ildə imzaladığı sərəncamla qeyd edilir.
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun 2014-cü ildə fərman imzalayaraq, 17 noyabrı Naxçıvanda Dövlət Bayraq Günü elan etməsi isə qanunsuzluqdur. Çünki Naxçıvan Azərbaycanın anklavıdır və Azərbaycan Respublikasında iki Bayraq Günü ola bilməz.
Xatırladaq ki, Azərbaycanda 17 Noyabr tarixi Milli Dirçəliş Günüdür.
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
Sovet Azərbaycanında 8 Mart təbliğatı - FOTOLAR
Ramazan ayının on doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Taksi sürücüləri çətin hava şəraitində qiymətləri qaldıra bilməyəcəklər – Nazirlik qadağan etdi
Hökumətdən nüvə təhlükəsi ilə bağlı addım – QƏRAR İMZALANDI
İranın məşhur generalı İsrailə qaçdı
BƏƏ ilk dəfə İrana zərbə endirib
Fransızları qabaqlayan azərbaycanlı qadın - FOTOLAR










