Vasif Talıbovun Naxçıvanda qoyduğu qadağalar LƏĞV EDİLDİ - VİDEO

Vasif Talıbovun istefasından sonra Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə canlanma müşahidə olunur.
Naxçıvan sakinləri sosial şəbəkələrdə paylaşımlar edərək V.Talıbov vəzifədə olduğu zaman tətbiq etdiyi qadağaların aradan qalxdığını, biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların rahat nəfəs aldığını qeyd edirlər.
Sakinlərdən biri qeyd edir ki, V.Talıbovun zamanında Muxtar Respublikaya ucuz qiymətə olan elektrik lampalarının gətirilməsi və satışı qadağan idi. O vəzifədən getdikdən dərhal sonra həmin lampaların satışına start verilib. Hazırda Naxçıvanın bütün ticarət yerlərində onlardan tapmaq mümkündür.
Qeyd edək ki, dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.
Dekabrın 22-də isə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. (lent.az)
Azərbaycanda elektron siqaret satanların nəzərinə: Sabahdan...
Sabahdan bu qaydanı pozanlar cərimə olunacaq - 30 manat...
SEPAH-ın region ölkələrinə niyə raket atır? – Politoloq səbəbləri AÇIQLADI
Bəşər tarxinin ən qanlı faciələrindən biri - 31 Mart azərbaycanlıların soyqırımı - FOTOSESSİYA
Bu ölkədə benzin bahalaşdı, gediş haqqı pulsuz oldu
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının səbəbləri - VİDEO
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO










