Vaxtı keçmiş məhsul alanlar nə etməlidir? - AÇIQLAMA

"Problem ondadır ki, alıcılar bunu görür və heç nə demədən marketlərdən çıxıb gedir".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq deputat Rüfət Quliyev marketlərdə vaxtı keçən ərzaq məhsullarının yığışdırılmaması və bilərəkdən satılması ilə bağlı faktlardan danışarkən deyib.
O, qida məhsullarının keyfiyəti ilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məşğul olduğunu qeyd edib:
"AQTA-nın qaynar xətti var. Alıcı müdiriyyəti dəvət etməlidir, bu, onun hüququdur. "Bu nədir, vaxtı keçən xurma niyə satışdadır" deyə alıcı tələb qoymalıdır. Mən özüm dəfələrlə marketlərdə belə halla qarşılaşmışam və demişəm ki, çağırın müdiriyyəti, gəlsin, səbəbini izah etsin. Görək niyə belə keyfiyətsiz, yaxud da vaxtı keçmiş məhsulu satışdan çıxartmır".
Rüfət Quliyev hesab edir ki, insanlar sosial aktivliyi artırmalıdır:
"Tik-Tok"da yox, mağazalarda mövqe nümayiş etdirməlidirlər. İnsanlar məhsul alarkən aktiv olsunlar. Dövlət əlindən gələni edir ki, nəzarət olsun. Bir də nəyisə tələb edəndə "sahibkarları sıxırlar" deyə özlərinə əl qatırlar. Bizdə maraqlı deyim var, əgər kimdənsə, yaxud da dövlət qurumu, satış mərkəzlərindən, dükandan şikayət edəndə ağıla batmayan ifadə işlədirlər. Deyirlər ki, filankəs "işverənlik" edir. Bu "işverənlik" deyil, insanlar pozulmuş hüququnun bərpasını tələb edir".
Rüfət Quliyev insanları belə məqamlarda özlərini müdafiə etməyə səsləyib:
"Qida ağır məsələdir. Hamısını dövlətin boynuna atmaq olmaz. Dövlət məmuru hardan bilir ki, kim harada nə satır? Yoxlama gəlməzdən bir gün əvvəl xəbər tutub yığışdırırlar. Onlar gedən kimi təzədən məhsulları yerinə düzürlər".
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












