“VAZ” markalı avtomobildən görün nələr çıxdı – FOTOLAR

Daxili işlər orqanları əməkdaşlarının narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində yanvarın 13-14-də keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində belə hüquqazidd əməllə məşğul olan şəxslər ifşa edilib, ümumi çəkisi 32 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 4 kiloqram heroin, 5 kiloqrama yaxın tiryək və 23 kiloqrama yaxın marixuana götürülərək dövriyyədən çıxarılıb. Belə ki, Cəlilabad Rayon Polis Şöbəsi və DTX-nın rayon şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə şəhər ərazisində Salyan rayon sakini Qismət Feyziyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış keçirilib. Bu zaman yük yerində 4 kiloqram heroin, 1 kiloqram tiryək, 1970 ədəd metadon, 170 blok “NZ” və 214 blok “Manchester” markalı tütün məmulatları aşkar edilərək götürülüb. Sürücü və avtomobildə olan sərnişinləri - Yardımlı rayon sakinləri Hikmət Hüseynov, Mərhəmət Behbudov və onun qardaşı Hikmət saxlanılıblar.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Həsənov 39 ədəd “Mydrax” məhlulunu və 36 ədəd “Metadon”u 20 manata satarkən saxlanılıb.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əhməd Məmmədovdan 22 kiloqram 850 qram marixuana, Astara Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Quliyevdən 1 kiloqram 47 qram, yaşadığı evə baxış zamanı 2 kiloqram 104 qram tiryək, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş İmran Fərəcovdan 25,414 qram, yaşadığı evə baxış zamanı 1 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












