Vədə əməl edilmədi, qadağa aradan qaldırılmadı

Bakının İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsi ilə kəsişməsindən Niyazi küçəsi ilə kəsişməsinədək olan hissəsində və Niyazi küçəsində aparılan təmir işləri vəd edildiyindən uzun çəkəsi olub.
Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, adıçəkilən yolda nəqliyyatın hərəkətinə cəmi 2 gün, yəni fevralın 10-11-i tarixlərində qadağa qoyulacağı bildirilsə də, vəd edildiyinin əksinə olaraq, məhdudiyyət aradan qaldırılmayıb.
Hələlik təmir işlərinin nə vaxt bitəcəyi və nəqliyyatın hərəkətinə qoyulan qadağanın nə zaman qalxacağı məlum deyil.
Xatırladaq ki, elan edilmişdi ki, su borularının dəyişdirilməsi ilə əlaqədar olaraq Şeyx Şamil küçəsindən sola dönərək İstiqlaliyyət küçəsi ilə avtomobillərin hərəkətinə fevralın 10-u saat 00:00-da qadağa qoyulacaq. Bu küçədə avtomobillərin hərəkətinə qoyulmuş qadağa fevralın 10-u səhər saat 08:00-da aradan qaldırılacaq.
Eyni zamanda sadəcə gecə saatlarında davam edəcək təmir işləri ilə əlaqədar fevralın 10-u və 11-i saat 00:00-dən etibarən Niyazi küçəsindən sağa dönərək İstiqlaliyyət küçəsi istiqamətində avtomobillərin hərəkətinə icazə verilməyəcək. İstiqlaliyyət küçəsində hər iki gecə tətbiq olunacaq qadağa səhər saat 08:00-da aradan qaldırılacaq.
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?












