"Vəhabilər metronu partladacaq" deyən şəxs: "Qardaşım ölmüşdü...."

Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Rahib Sahabovun cinayət işi üzrə məhkəmə davam edib. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsindəm hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktını elan edib. R.Sahabov ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, həmin vaxt spirtli içkinin təsirində olub: "Hadisədən əvvəl bir həftə hər gün içirdim, qardaşım rəhmətə getmişdi. Peşmanam, nə dediyimi, niyə dediyimi də bilmədim. Onsuz da özümü təqsirli bilirəm. Dərmanla yaşayıram, məhkəməyə gedib-gələ bilmirəm".
Məhkəmə prosesi iyulun 26-da davam etdiriləcək.
R.Sahabov 2016-cı ilin noyabr ayında Masazır qəsəbəsində yaşadığı evdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək vəhabi təriqətinin üzvlərinin "20 Yanvar" metronstansiyasını partladacağını deyib. Araşdırma nəticəsində onun yalan məlumat verdiyi müəyyən olunub. Ona Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə ittiham verilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












