Vəkil: “Hazırda “Lotu Quli” Gürcüstandadır”

Vəkil Təranə Əliyeva “Lotu Quli” kimi tanınan Nadir Səlifovun azadlığa çıxması ilə bağlı məlumatlara münasibət bildirib. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, o, jurnalistlərin suallarını cavablandıraraq bildirib ki, N.Səlifov Qaradağ Rayon Məhkəməsinin qərarı ilə ötən gün azadlığa çıxıb. Vəkil qeyd edib ki, "Lotu Quli" hazırda Gürcüstandadır: "Onun səhhətində problemlər var".
O deyib ki, "Lotu Quli"nin vaxtından əvvəl azadlığa çıxması üçün məhkəməyə vəsatət veriblər: "Məhkəmə vəsatətimizi təmin edib və Nadir Səlifov cəzasının dörddə üçünü çəkdiyi üçün azadlığa buraxılması barədə qərar çıxarıb".
Xatırladaq ki, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. Onun ötən gün Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldığı yayılmışdı.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










