Banner

Velosiped İdmanı Federasiyası yeni mövsümə start verdi - FOTO

Gündəm 27 Fevral 2017 11:30 Oxunub 1517
Velosiped İdmanı Federasiyası yeni mövsümə start verdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qış hazırlıq prosesini başa vuran velosipedçilər mövsümün ilk yarışında iştirak ediblər

Azərbaycan Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib. Qış hazırlıq prosesini başa vuran velosipedçilər mövsümün ilk yarışında iştirak ediblər. Avtosfer.az xəbər verir ki, bu barədə Federasiyadan trend-ə verilən məlumata görə, Bakı Olimpiya Stadionunun ətrafında baş tutan yarışda klub və cəmiyyətlərin ümumilikdə 100-ə yaxın idmançısı mübarizə aparıb. Startdan öncə yeni mövsümün açılışı ilə əlaqədar Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. 3 yaş qrupu üzrə təşkil olunan yarış Handikap sistemi üzrə keçirilib. Qızlar arasında 30 km məsafəyə yarışda 8 saylı İdman Olimpiya Məktəbinin təmsilçiləri ilk üçlükdə qərarlaşıblar - Validə Cabbarova və Ayan Xankişiyeva finiş xəttini 1 saat, 4 dəqiqə, 35 saniyəyə keçsələr də, fotofinişə əsasən Validə 1-ci, Ayan 2-ci olub. Onlardan 2 saniyə geri qalan Elfanə Camalova isə 3-cü yeri tutub. 17 yaşadək oğlanlar da 30 km məsafəyə mübarizə aparıblar və bu kateqoriyada 1-ci yerə Olimpiya Ehtiyatları Velosiped İdmanı Məktəbinin üzvü Nikita Sıtov layiq görülüb - 57 dəqiqə, 43 saniyə. 8 saylı İdman Olimpiya Məktəbinin üzvləri Emil Əliyev və Əhməd Əhmədov isə qalibə 12 saniyə uduzmaqla 2-3-cü yerləri bölüşüblər. Və nəhayət, gənclər kateqoriyasında "Lokomotiv" klubunun nümayəndəsi Mahmud Məmmədov 60 km məsafəni 1 saat, 37 dəqiqə, 55 saniyəyə başa vurmaqla aşkar üstünlüklə çempion olub. Ondan müvafiq olaraq 3 dəqiqə, 40 saniyə və 3 dəqiqə, 41 saniyə geri qalan Musa Mikayılzadə (BCP/Lokomotiv) və Mikayıl Səfərli (8 saylı Olimpiya İdman Məktəbi) isə 2-ci və 3-cü olublar.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh