Velosiped komandası dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünya komandalarının cari ilin yekun reytinq siyahısını açıqlayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Azərbaycanın "Synergy Baku Cycling Project" kontinental komandası bu il keçirilən yarışlarda əldə etdiyi nəticələrə əsasən, planetin bütün qitələrini təmsil edən 54 ölkənin 176 kontinental klubu arasında 4-cü yerdə qərarlaşıb.
Reytinq sıralanmasında Belçika hamıdan çox - 13 klubla təmsil olunur. 2016-cı ildə beynəlxalq yarışlarda Çinin 11, Yaponiya və ABŞ-ın 10, Danimarka, Almaniya və Hollandiyanın isə 7 kontinental komandası iştirak edib ki, onlardan yalnız Belçikanın 3 klubu reytinq sıralanmasında "Synergy Baku"nu qabaqlaya bilib.
Ölkələr üzrə götürdükdə, 54 ölkə arasında cəmi bir komandası olan Azərbaycan yalnız Belçikadan geri qalmaqla dünyada 2-ci yerə çıxıb.
2016-cı ildə "Synergy Baku" iştirak etdiyi "Tour of Croatia", "Tour d’Azerbaïdjan", "Tour of Serbia" və "Tour of Szeklerland" (Rumıniya) yarışlarında komanda hesabında çempion adını qazanıb. Azərbaycan komandasının təmsilçiləri il ərzində mübarizə apardıqları yarışlarda 34 dəfə fəxri kürsüyə qalxıb, 9 dəfə mərhələ qalibi olub, 5 dəfə isə bu idman növündə ən yüksək nəticə hesab olunan lider köynəyini əldə ediblər.
176 kontinental və 23 pro-kontinental komandanın birgə açıqlanan reytinqində "Synergy Baku" səviyyəcə özündən bir pillə yüksəkdə olan 9 pro-kontinental, yəni peşəkar qitə klubunu da geridə qoyub.
Qeyd edək ki, qadın velosipedçi Yelena Pavluxina bu il Çexiyada keçirilən "Gracia Orlova" yürüşünün qalibi olmaqla yanaşı, Çində təşkil olunan Dünya Turu yarışında və Avropa çempionatının fərdi ötüşmə növündə, trek velosipedçisi Sergey Omelçenkonun Avropa çempionatında bu idmanın keyrin növündə 9-cu yeri tutub.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












