Velosiped və toyuq oğurusu həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Asəf Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Nəbiyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, bu il may ayının 12-də Xaçmaz rayonunda silsilə oğurluqlar etməkdə şübhəli bilinən A.Əliyev saxlanılıb. Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun törətdiyi digər oğurluq faktlarının da üstü açılıb.
Belə ki, Xaçmaz şəhər sakini Zeynalov Zaur Seyfəddinoviç polisə müraciət edərək ona məxsus mağazadan ümumi dəyəri 231 manat olan 33 ədəd toyuğun oğurlandığını bildirib. Həmin gün Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini Seyidəliyev Mübariz Seyidbala oğlunun da velosipedi oğurlanıb.
Hər iki faktla bağlı aparılan araşdırma nəticəsində hadisənin Köhnə Xaçmaz kənd sakini Asəf Bəybala oğlu Nəbiyev tərəfindən törədildiyi müəyyənləşib. Onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb. Daha sonra məhkəmənin qərarı ilə A.Nəbiyevin barəsində polis nəzaərti altında qətimkan tədbiri seçilib.
Xatırladaq ki, A.Nəbiyev əvvəllər də məhkum olunub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












