Velosiped yarışı keçiriləcək - Mətbuat işçiləri arasında

22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası mətbuat nümayəndələri arasında növbəti "Media Kuboku" yarışı keçirəcək. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) verilən məlumata görə, turnirdə mətbuat sahəsində çalışan bütün əməkdaşlar (jurnalist, operator, rejissor, fotoqraf və s.), həmçinin müxtəlif qurumların Mətbuat Xidmətləri nümayəndələri də iştirak edə bilər.
Məkan: Velopark (Şıxov)
Başlama vaxtı: 22 iyul, saat 18:00
İştirakçılar federasiya tərəfindən velosiped və baş geyimi ilə təmin ediləcək. Qeydiyyat prosesi yarışın startından 1 saat əvvəl başlayacaq. "Media Kuboku"nda iştirak etmək istəyənlərdən xahiş olunur ki, qeydiyyata alınmaq üçün iş yerinin vəsiqəsini özləri ilə götürsünlər. Qalibləri qiymətli hədiyyələr gözləyir.
Fərid
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












